İsmail Heniyyə Prezident Rəcəb Tayyib Ərdoğana  minnətdarlığını bildirdi

Həmasın Siyasi Bürosunun rəhbəri İsmail Heniyyə, Prezident Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında dünya liderlərinə müraciətində Fələstin ilə bağlı tarixi və cəsarətli açıqlamalarına görə minnətdarlığını bildirib

1276203
İsmail Heniyyə Prezident Rəcəb Tayyib Ərdoğana  minnətdarlığını bildirdi
erdogan bm filistin haritasi.jpg

Haniyyə yaydığı bəyanatında prezident Ərdoğanın Baş Asambleyada "1947-ci ildən günümüzə qədər Fələstin ərazilərini əks etdirən xəritəni " göstərərək dünya liderlərinə xitabən müraciətini yüksək qiymətlǝndirdiklərini vurğulayıb.

Heniyyə açıqlamasında: “ BMT-nin Baş Məclisində dünya liderləri qarşısında Fələstinin işğal olunmuş əraziləri və Fələstin xalqı ilə həmrəy olduğunuzu vurğuladığınız çıxışınızı, işğal olunmuş Qüdsü və Əl-Əqsanı müdafiə edən sözlərinizi, Fələstinin tarixi xəritəsinə dəstəyinizi həm Fələstində həm də diasporda yaşayan xalqımız ilə böyük maraq və təqdirlə izlədik. Beynəlxalq iclaslarda belə bir çıxışa ilk dəfə şahid olduq. Fələstin xalqı İsrailin 70 ildən çox davam edən işğalçı siyasətini göz önünə sərən və Fələstin milli hüquq və prinsiplərinin tapdalanmasına biganə qalan ölkələrin siyasətini təsvir edən bu tarixi nitqiniz bizləri qürurlandırdı. Siz Fələstin başda olmaqla dünyadakı bütün məzlum müsəlman xalqların adından çıxış etdiniz. Bu münasibətlə qardaş Türkiyə xalqı, hökuməti və Respublika başçısına Fələstin xalqı ilə müqəddəs torpaqları müdafiə və həmrəylik mövzusundakı tutduğu mövqeyə görə minnətdarlığımı bildirirəm”-deyə Haniyyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr