Yaponiya siyasətçisi Türkiyə iqtisadiyyatının inkişafını təqdir etdi

Yaponiyada koalisiya hökumətinin ortağı Komeito Partiyasının sədri Natsuo Yamaquçi Türkiyə iqtisadiyyatının güclü bir şəkildə inkişaf etdiyini bildirdi.

1275087
Yaponiya siyasətçisi Türkiyə iqtisadiyyatının inkişafını təqdir etdi

Yaponiya koalisiya hökumətinin ortağı Komeito Partiyasının sədri Natsuo Yamaquçi  Yaponiyanın Ankaradakı səfiri Akio Miyajima və onları müşayiət edən rəsmi şəxslərlə Əskişehirdə vali Özdəmir Çakacakla görüşdülər

 Natsuo Türkiyənin Tokiodakı səfiri Murad Mərcanın tövsiyəsi ilə Əskişehirə gəldiyini və buna görə özünü xoşbəxt hiss etdiyini söylədi.

 Türkiyə-Yaponiya dostluq bağının uzun illər əvvəl qurulduğunu vurğulayan Natsuo sözünə belə davam etdi: "Son illərdə Yaponiya-Türkiyə əlaqələri yüksək səviyyəli səfərlər vasitəsilə iqtisadi və mədəni mənada həqiqətən böyük bir təkanla irəliləyir. Türkiyəyə 2003-ci ildə səfər etmişdim. O illərlə bu günü müqayisə etdiyim zaman Türkiyənin iqtisadi vəziyyətinin  daha güclü bir şəkildə inkişaf etdiyini gördüm".

 

 



Әlaqәli Xәbәrlәr