Çex Pespublikasının baş naziri: "Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var"

Çex Pespublikasının baş naziri Andrej Babis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planının olduğunu bildirdi.

1274717
Çex Pespublikasının baş naziri: "Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var"

Çex Pespublikasının baş naziri Andrej Babis Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibədə Avropada siyasətçilərin qaçqınların kvota ilə ölkələrə paylanması fikrini müdafiə etdiklərini bildirərək, bunu qəbul etməyəcəklərini açıq şəkildə dilə gətirdiyini ifadə etdi.
 
Nizamsız miqrasiya məsələsində həmrəy olduqlarını və maddi yardım etdiklərini bildirən Babis burada ilk növbədə, insan qaçaqçıları ilə mübarizənin vacibliyini vurğuladı.
 
 İnsanların evlərində qalmaları üçün onlara öz ölkələrində kömək etmənin zəruriliyinə  diqqət çəkən Babis: "Hədəf qaçqınların evlərinə qayıtması olmalıdır. Təkcə Türkiyədə olanlar deyil, Avropada olanlar da. Buna nail olmaq üçün hər şeydən əvvəl prezident Ərdoğanla danışmalıyıq. Onun qaçqınlara yardım məsələsinə dair konkret planı var" dedi. 
 
 Regionda təsiri olan ölkələrin nizamsız miqrasiya dalğasından əziyyət çəkmədiyini bildirən Babis Avropanın təsirləndiyini, bundan da narahat olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr