Rusiyada Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzində partlayış oldu
Rusiyanın Sibir bölgəsindəki virusları tədqiq edən mərkəzdə partlayışın baş verməsi səbəbindən təhlükəli virusların ətrafa yayıldığı iddia edildi.

Rusiyanın Sibir bölgəsindəki virusları tədqiq edən mərkəzdə partlayışın baş verməsi səbəbindən təhlükəli virusların ətrafa yayıldığı iddia edildi.
Bu barədə xəbərləri Rusiya mətbuatı yaydı.
Xəbərlərə görə, Novosibirsk vilayətinin Koltsovo bölgəsindəki Vektor Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzində tikinti zamanı qaz partlayışı olub.
Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Rusiya İstintaq Komitəsi işlə əlaqədar təhqiqata başlayıb.
Rusiya hökuməti isə bu hadisənin həyat üçün heç bir təhlükə yaratmadığını bildirir.
Tədqiqat Mərkəzində partlayış 3 gün əvvəl baş verib. Partlayışda bir nəfər yaralanıb.
Qeyd edək ki, Vektor Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi dünyanın ebola, vəba və çiçək viruslarının saxlanıldığı nadir obyektlərdən biridir.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb
Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.