Pakistan Kəşmir problemi öz həllini tapanadək Pakistan ilə görüş keçirməyəcək

Pakistanın baş naziri İmran Xan Hindistanın nəzarətindəki Cammu Kəşmirin statusu geri qaytarılanadək Hindistan ilə görüş keçirməyəcəyini açıqladı.

1272177

İmran Xanın ABŞ-ın Nyu-York şəhərində təşkil ediləcək BMT Baş Məclisinin iclasında iştirak edəcəyi və çıxışında Cammu Kəşmirdəki insan haqları pozuntularını gündəmə gətirəcəyi bildirilib.

Digər tərəfdən, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi Hindistanın baş naziri Narendra Modinin gələcək həftə ABŞ-a edəcəyi səfəri üçün Pakistanın hava məkanından istifadə etməsinə icazə verməyəcəklərini açıqladı.

Qeyd edək ki, Hindistan yarım əsrdən çoxdur Cammu Kəşmirə imtiyaz verən konstitusiyanın 370-ci maddəsini ləğv edərək bölgənin xüsusi statusunu ortadan qaldırdı. Cammu Kəşmiri iki birlik torpağına ayıran "Cammu və Kəşmirin yenidən qurulması təklifi" federal parlamentin üst qanadı Əyalətlər Məclisi (Rajya Sabhada) 61 "əleyhinə" səsinə qarşı 125 "lehinə" səsilə qəbul edilib.

Әlaqәli Xәbәrlәr