İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-a səfərini ləğv etdi

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Nyu-York şəhərində təşkil ediləcək BMT-nin Baş Məclisinin iclasına qatılmaq üçün bu ölkəyə edəcəyi səfəri ləğv etdi.

1272383

Baş Nazirlik Ofisindən verilən açıqlamaya görə, növbədənkənar seçkilərdə partiyası səs itərən Netanyahu İsraildəki vəziyyətə görə gələcək həftə keçiriləcək BMT Baş Məclisinin 74-cü iclasına qatılmayacaq.

Netanyahunun Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüş keçirəcəyi gözlənirdi.

Tramp ilə Netanyahu şənbə günü telefonla danışmış və ABŞ prezidenti sosial şəbəkədə verdiyi açıqlamada BMT-nin ümumi iclasında Netanyahu ilə görüş keçirəcəyini bildirmişdi.

İsrail Mərkəzi Seçki Komitəsinin çərşənbə axşamı günü keçirilən seçkilərlə əlaqədar son yaydığı nəticələrdə səslərin 90 faizinin sayıldığı ifadə edildi.   

Әlaqәli Xәbәrlәr