Donald Tramp: ‘‘ABŞ İrana yeni sanksiyalar tәtbiq edәcәk’’

Amerika Birləşmiş Ştatları yaxın günlәrdә İrana qarşı yeni sanksiyalar tәtbiq edәcәk.

1272418
Donald Tramp: ‘‘ABŞ İrana yeni sanksiyalar tәtbiq edәcәk’’

 

Amerika Birləşmiş Ştatları yaxın günlәrdә İrana qarşı yeni sanksiyalar tәtbiq edәcәk.

Bu barәdә Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp mәlumat verib.

"Biz İrana qarşı bəzi əhəmiyyətli sanksiyalar tətbiq edəcəyik. Biz bunu növbəti 48 saat ərzində elan edəcəyik", - deyə Amerika Birlәşmiş Ştatları prezidenti vurğulayıb.

ABŞ prezidenti İrana mümkün hərbi müdaxilə məsələsi barədə bunları söyləyib: "Nələrin baş verəcəyini zamanı gəlincə görəcəyik. Müdaxilə etmək hər zaman asandır.  Bunun bu gün olması şərt deyil’’.

Donald Tramp İran prezidenti Həsən Ruhaninin və onu müşayiət edən nümayəndə heyətinin  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında  iştirak etmәsi ilә bağlı bildirib ki, İranın bu iclasa qatılmasını dәstәklәyirik.

Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin 74-cü sessiyası Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrindә keçirilәcәk. 



Әlaqәli Xәbәrlәr