Tunisdə prezident seçkilərinin ilk mərhələsinin nəticələri açıqlandı

Tunisdə bazar günü keçirilən prezident  seçkilərinin rəsmi nəticələrinə görə, bitərəf namizəd Qeys Səid  və həbsdə olan  media  rəhbəri Nəbil əl-Karvi ikinci mərhələdə prezidentlik vəzifəsi uğrunda mübarizə aparacaqlar.

1271443

  Bu barədə məlumat Tunis Mərkəzi Seçki Komissiyasının  paytaxt Tunisdə təşkil etdiyi mətbuat konfransında verildi.

Konstitusiya hüququ üzrə professor Qeys Səidin 18,4 faiz,  Nəbil əl-Karvinin isə  15,6 faiz səs topladığı bildirildi.

  "Nahda" hərəkatının namizədi Əbdülfəttah Moronun topladığı səs nisbəti 12,9 faizdir. Nida Tunis Partiyasının namizədi, sabiq müdafiə naziri Əbdülkərim əz-Zübeydi 10,7 faiz, baş nazir Yusif Şahid isə 7,4 faiz səslə birinci mərhələni yekunlaşdırıblar.

 Mərkəzi Seçki Komissiyası birinci mərhələnin yekun nəticələri nioktyabrın 21-dək açıqlamalı, daha sonra ikinci mərhələnin tarixini elan etməlidir.

  Seçkilərdə ölkə daxilindəki seçicilərin fəallığı 45,02 faiz olub.

 Xarici ölkələrdə yaşayan Tunis vətəndaşlarının isə 19,7 faizi prezident seçkilərində səs veriblər.

Әlaqәli Xәbәrlәr