Boris Conson vә Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1271717
Boris Conson vә Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub

 

İngiltərənin baş naziri Boris Conson vә Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn  Salman arasında telefon danışığı olub.

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Boris Conson söhbәt zamanı İngiltәrәnin Sәudiyyә Әrәbistanının milli neft şirkәti olan ‘‘Saudi Aramco’’ya edilәn hücumu pislәdiyini vә Әr-Riyad rәhbәrliyinin yanında olduğunu deyib.

Boris Conson hәmçinin Salmanı beynәlxalq tәrәfdaşlarla әmәkdaşlığı davam atdirmәyә çağırıb.

Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş vermişdi. Yəmənin üsyançı husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir.

Hadisә nәticәsindә ölәn vә ya xәsarәt alan olmayıb.



Әlaqәli Xәbәrlәr