Pakistanın Ankara səfiri: "Hindistan odla oynayır"

Avqustun 5-də Hindistanın Cammu və Kəşmirə muxtariyyət tanıyan konstitusiya maddəsini ləğv etməsi bölgədə yeni bir xaosa səbəb oldu.

1271038
Pakistanın Ankara səfiri: "Hindistan odla oynayır"

Avqustun 5-də Hindistanın Cammu və Kəşmirə muxtariyyət tanıyan konstitusiya maddəsini ləğv etməsi bölgədə yeni bir xaosa səbəb oldu.

Pakistanın Ankara səfiri Məhəmməd Syrus Sajjad Qazi bölgədə baş vərənlərlə bağlı TRT-yə verdiyi müsahibədə dedi:

“Hindistan özünün konstitusiyasını pozduğu tarix olan 5 avqustda sadəcə işğalçı deyil, həmin zamanda müstəmləkəci bir dövlətə çevrildi. Hindistan fevral ayında olduğu kimi çarəsiz qalsa hər şeyi edə bilər”.

Səfir "Hal-hazırda Cammu və Kəşmirdə Hindistanın ən azı 700 min işğalçı qüvvəsi var. Hər 10 kəşmirliyə 1 Hindistan əsgəri düşür. Bu əsgərlər son 30 ildə 100 min kəşmirlini öldürüblər. Hindistan Cammu və Kəşmirdə baş vərənlərə kölkə düşürmək, diqqətləri bölgədən yayındırmaq üçün davamlı Nəzarət Məntəqəsinə atəş edir. Bu ölkə qətiyyətlə odla oynamamalıdır".

Hindistan hökumətinin siyasətini tənqid edən Qazi Hindistan hökumətinin irqçi siyasətinin təkcə Hindistan və ya Kəşmirdəki müsəlmanlar üçün deyil, dünya üçün bir təhdid olduğunu vurğuladı.

Müsəlmanların yalnız inanclarına görə yadlaşdırıldığını söyləyən Qazi "Hər gün Hindistandakı müsəlmanların təhqir edildiyi və döyüldüyü görüntüləri ehtiva edən mesajlar “WhatsApp” qruplarında yayılır. Buna nümunə kimi Hindistanda bir mal-qara taciri müsəlman ata-oğul öz yük maşınlarında mal-qara daşıyırlar. Yolda onları dayandıran Hindular ata və oğlunu mal-qara əti yeməkdə günahlandırır. Və qəribə tərəfi odur ki, məhkəmə bunu edənləri azad edir. Təəssüf ki, Hindistandakı müsəlmanlar özlərini mühasirə altında hiss edir" dedi.

Cammu və Kəşmirdə yaşanan gərginliyə Türkiyənin vasitəçilik rolu götürə biləcəyini ifadə edən Qazi "Türkiyə çox etibarlı bir ölkə, beynəlxalq arenada çox güclü bir səs. Kəşmirdə nələrin baş verdiyini bilir və sağlam düşüncənin hakim olması üçün avtoritetindən və gücündən istifadə edir. Türkiyənin vasitəçilik rolunu Pakistan qəbul etdi, ancaq Hindistan 3-cü bir tərəfi əsla qəbul etmədi. Maraqlı bir şey də var: Hindistan beynəlxalq ictimaiyyətə Kəşmir məsələsinin Pakistanla özü arasında olduğunu və bunun birbaşa Pakistanla müzakirə ediləcəyini söyləyir. Ancaq Pakistanla görüşəndə ​​Kəşmir üçün müzakirə ediləcək bir şeyin olmadığını söyləyir. Bu bir hind sehrli hiyləgərliyidir" deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr