Әfqanıstanda partlayış, ölәnlәr vә xәsarәt alanlar var

Əfqanıstanın Pərvan əyalətində prezident Əşrəf Qaninin seçkiqabağı  mitinqi zamanı  partlayış törәdilib.

1271238
Әfqanıstanda partlayış, ölәnlәr vә xәsarәt alanlar var
afganistan gani miting saldiri1.jpg

 

Əfqanıstanın Pərvan əyalətində prezident Əşrəf Qaninin seçkiqabağı  mitinqi zamanı  partlayış törәdilib.

Hadisə nəticəsində 26 nəfər həlak olub, 42  nəfər  dә xəsarət alıb.

Məlumata görə, partlayış baş verən ərəfədə dövlət başçısı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində minlərlə insanın qarşısında çıxış etməyə hazırlaşırmış. Bildirilir ki, Prezident xəsarət almayıb.

Xәsarәt alanlardan 11-nin vәziyyәti ağır olaraq qiymәtlәndirilir.

Hücuma görә, mәsuliyyәti Taliban öz üzәrinә götürüb.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda keçiriləcək. Konstitusiyaya görə, dövlət başçısı ikinci müddətə təkrar seçilmək imkanı ilə 5 il müddətinə seçilir.



Әlaqәli Xәbәrlәr