Böyük Britaniya parlamentariləri YPG / PKK terrorçuları ilə görüşdülər

Böyük Britaniyanın bir qrup siyasətçisi Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində separatçı terror təşkilatı YPG / PKK terrorçuları ilə görüşdülər.

1271231
Böyük Britaniya parlamentariləri YPG / PKK terrorçuları ilə görüşdülər

 

 Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının və ana müxalifətdəki Fəhlə Partiyasının üzvlərindən ibarət 13 nəfərlik heyət ötən gün axşam Suriyanın Qamışlı şəhərinə gedərək orada YPG / PKK terrorçuları ilə görüşüblər.

Bu barədə məlumatı yerli mənbələr yaydı.

Heyətə daxil olan siyasətçilər arasında Mühafizəkarlar Partiyasının üzvü Adam Holloway və Fəhlə Partiyasından olan parlamentari Lloyd Russell-Moyle də olub.

Heyət və terrorçular arasındakı görüşdə terror təşkilatı YPG / PKK-ya dəstək veriləcəyi barədə söz verildiyi məlum oldu.

Qeyd edək ki, ötən il də Fəhlə Partiyasından olan parlamentarilər Qamışlıya gələrək YPG / PKK terrorçuları ilə görüşüblər.

Böyük Britaniya ötən ay YPG / PKK ilə Suriya Kürd Milli Şurası arasında vasitəçi olmuşdu.

 

 



Әlaqәli Xәbәrlәr