ABŞ prezidenti Donald Trampın İrana hərbi müdaxilə ilə bağlı açıqlaması

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş dron hücumlarına görə, ölkəsinin İrana hərbi hücum edəcəyi təqdirdə bunun balanslı bir cavab olacağını açıqladı.

1270635

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş hücumun arxasında İranın olub-olmaması ilə bağlı dəqqiq nəticəyə gələcəklərini vurğulayan Tramp “Bundan sonra nə edəcəyimizə qərar verəcəyik” deyib.

Tramp Səudiyyə Ərəbistanının neft zavodlarına qarşı hücuma cavab olaraq İrana ABŞ-ın hərbi əməliyyat təşkil etməsinin balanslı olub-olmayacağına dair suala isə “Balanslı olacağını düşünürəm”-deyə cavab verib.

ABŞ prezidenti son zamanlar neftin qiymətinin artmasının ölkəsi üçün ciddi problem olmadığını da sözlərinə əlavə edib.

Digər tərəfdən Tramp Bəhreynin vəliəhd şahzadəsi Salman bin Hamed Al Xəlifə ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında da  İran ilə müharibə istəmədiyini, ancaq ölkəsinin qırıcı təyyarələri, raketlər kimi ən yaxşı silah sisteminə sahib olduğunu bildirərək, " ABŞ müharibəyə heç bir ölkənin olmadığı qədər hazırdır" deyib. 

Tramp İran ilə bütün diplomatiya yollarının bitib-bitmədiyinə dair suala isə, "Yox, diplomatiya əsla qurtarmaz. Nə olacağını bilmək əsla mümkün olmaz. Bir razılıq istədiklərini bilirəl. Bir nöqtədə bunun xeyri olacaqdır" deyərək cavab verib. 

Әlaqәli Xәbәrlәr