"Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur", A.Musəvi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi prezident Həsən Ruhani və ABŞ prezidenti Donald Trump görüşünün gündəmdə olmadığını söylədi.

1270146
"Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur", A.Musəvi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi prezident Həsən Ruhani və ABŞ prezidenti Donald Trump görüşünün gündəmdə olmadığını söylədi.

Musəvi bunu paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında deyib.

Sözçü prezident Ruhaninin bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin iclasları üçün ABŞ-a gedəcəyini,  bu ölkənin sanksiya sihayısına salınan xarici işlər naziri Məhəmməd Cevad Zarifin də şərtlər uyğun olacağı təqdirdə onu müşayiət edəcəyini söyləyib.

Ruhani ilə Trumpın Nyu-Yorkda görüş keçirə biləcəyinə dair beynəlxalq mediada yayılan xəbərlərə münasibət bildirən Musəvi "Mən bu xəbərləri təsdiqləmirəm. Belə bir proqram gündəmdə yoxdur, Nyu-Yorkda bu görüşün baş tutacağını da düşünmürəm” deyib.

Musəvi "Cənab Ruhaninin dediyi kimi, fotosessiya üçün danışıqlar aparmırıq. Görüş konkret nəticələr verməlidir. Əvvəl də dediyimiz kimi, ABŞ nüvə razılaşmasına qayıdarsa və iqtisadi terrorizmə son qoyarsa, Nüvə Sazişi Birgə Komissiyasına qoşula və tələblərini dilə bilər." ifadəsini işlədib.

ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham etməsinə də toxunan Musəvi "ABŞ rəsmilərinin İrana qarşı “maksimum yalan” siyasətinə uyğun olaraq irəli sürdüyü bu iddialar əsassız və qəbuledilməzdir." deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində İran prezidenti Həsən Ruhani və Rusiya Federasiyası prezidenti Vladimir Putinin iştirakı ilə paytaxt Ankarada bu gün keçiriləcək zirvə görüşünə gəldikdə isə, "Ümid edirəm ki, bu görüş Suriya xalqı və bölgə üçün yaxşı nəticələr verəcəkdir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr