Donald Tramp Hindistanın baş naziri ilə görüşəcək

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə ABŞ-ın Hyuston şəhərində keçiriləcək tədbirdə görüşəcək.

1269904
Donald Tramp Hindistanın baş naziri ilə görüşəcək

 Ağ Ev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın bazar günü Texas ştatının Hyuston şəhərinə səfər edəcəyini və burada Hindistanın baş naziri Narendra Modi ilə görüşəcəyini açıqladı.

 Açıqlamada sözügedən görüşdə Trampın ABŞ ilə Hindistan arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayacağı qeyd edildi.

 Kəşmir problemi ilə əlaqədar ABŞ ilə Hindistan və Pakistan arasındakı münasibətlərin gərginləşərməsinin gündəmdə olduğu bir zamanda Tramp-Modi görüşü həm Yeni Dehli, həm də İslamabad tərəfindən maraqla təqib ediləcək.

 Ağ Ev Trampın daha sonra Ohayoya gedərək, Avstraliya baş naziri Skott Morrison ilə görüşəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr