Stefan Dujarik Suriya ilә bağlı bәyanat verdi

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dujarik Bәşәr Әsәd rejimi vә Rusiyanın İdlibdәki xәstәxanalara endirdiyi hücumları araşdıracaq istintaq kommisiyasının yaradıldığını.

Stefan Dujarik Suriya ilә bağlı bәyanat verdi

 

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dujarik Bәşәr Әsәd rejimi vә Rusiyanın İdlibdәki xәstәxanalara tәşkil etdiyi  hücumları araşdıracaq istintaq kommisiyasının yaradıldığını deyib. Stefan Dujarik qeyd edib ki, kommisiya sentyabrın 30-da tәdqiqatlara başlayacaq.

Stefan Dujarik bu barәdә dünәn keçirdiyi mәtbuat konfransında bildirib.

Dujarik qeyd edib ki, istintaq nigeriyalı general-polkovnik Chikadibia Obiakor sinqapurlu  Janet Lim və portuqaliyalı  Mariya Santos Paisin rәhbәrliyi ilә  aparılacaq.

Stefan Duşarik hәmçinin  Suriyadakı bütün tərəflərə  istintaq aparacaq komissiya ilə əməkdaşlıq etməlәri ilә әlaqәdar  çağırış edib.



Әlaqәli Xәbәrlәr