Jan Klod Yunker: "İngilislər əvvəldən "yarı avropalı" idilər"

Avropa Komissiyasının sədri Jan Klod Yunker Böyük Britaniyanın birgə siyasətlərə qoşulmaq həvəsində olmadığını bildirərək: "İngilislər onsuz da əvvəldən  "yarı avropalı" idilər" dedi.

1268798
Jan Klod Yunker: "İngilislər  əvvəldən "yarı avropalı" idilər"


 Avropa Komissiyasının sədri Jan Klod Yunker Belçikanın paytaxtı Brüsseldə "Euronews"a müsahibə verdi.

Yunker Avropa İttifaqının Böyük Britaniyaya 40 il boyu ittifaqın bir hissəsi olduğunu söylədiyini, lakin London rəhbərliyinin birgə siyasətlərdə iştirak məsələsində həvəssiz olduğunu qeyd etdi.
 
Avropa Komissiyasının sədri: "İngilislər onsuz da əvvəldən "yarı avropalı" idilər. Bizim tam avropalılara ehtiyacımız var" ifadəsini işlətdi.
 
 Yunker "Brexit"in (Böyük Britaniyanın Aİ-dən ayrılması) həm Böyük Britaniya, həm də Avropa İttifaqı üçün bir itki olacağını vurğuladı, məsələnin referenduma çıxarılmasının səhv olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr