Donald Tramp: "İran bizimlə görüşmək istəyir"

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp İranın danışıqlar aparmaq niyyətində olduğunu  söylədi.

1268677
Donald Tramp: "İran bizimlə görüşmək istəyir"

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp Merilend ştatının Baltimor şəhərinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırdı.

 Trampa İran prezidenti Həsən Ruhani ilə görüşəcəyini son günlərdə tez-tez dilə gətirdiyi xatırladıldı. Prezident buna: "Sizə İranın bizimlə görüşmək istədiyini deyə bilərəm" şəklində reaksiya verdi.

ABŞ prezidenti Con Boltonun getməsi ilə  Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə dövlət katibi Mayk Pompeonu düşünmədiklərini söylədi.

 Ötən gün bu vəzifəyə 5 namizədin dəyərləndirildiyini deyən Tramp, bu günkü açıqlamasında bu rəqəmin 15 olduğunu qeyd etdi.

 Milli təhlükəsizlik məsələləri üzrə müşavirliyin asan bir iş olduğu fikrini irəli sürən Tramp: "Bu işin nə üçün asan olduğunu bilirsinizmi? Çünki bütün qərarları mən qəbul edirəm və sizin işləməyinizə ehtiyac qalmır"dedi.

Tramp İsrailin son iki ildə Ağ Ev və Vaşinqtondakı əhəmiyyətli qurumların ətrafına yerləşdirdiyi kəşfiyyat cihazları ilə dinlənildiyi iddiası ilə bağlı: "Bunun doğru olduğuna inanmıram, amma hər şey mümkündür" deyə münasibət bildirdi.

ABŞ prezidenti Şimali Koreya ilə yenidən danışıqlara açıq olduğunu da söylədi.



Әlaqәli Xәbәrlәr