BMT ibadət yerlərinin qorunmasına dair fəaliyyət planı hazırladı

Birləşmiş Millətlər Təşkilatı məscid, sinaqoq və kilsə kimi ibadət yerlərinin təhlükəsizliyinin təmin olunmasına dair fəaliyyət planını açıqladı.

1268640
BMT ibadət yerlərinin qorunmasına dair fəaliyyət planı hazırladı

 BMT baş katibi Antonio Quterreş jurnalistlərə görüşərək, onların suallarını cvablandırdı.

Quterreş görüşdə anti-semitizmin və islamofobiya hallarının çoxalmasına, xristianlara, digər dini qruplara və ibadət yerlərinə qarşı hücumların artmasına  diqqət çəkdi, ibadət yerlərinin qorunması ilə bağlı fəaliyyət planının hazırlandığını söylədi.

 Baş katib BMT-nin hazırlanmış plan çərçivəsində ibadət yerlərinin qorunması istiqamətində hökumətlər, dini liderlər, qeyri-hökumət təşkilatları, media və özəl sektorlarla birlikdə işləyəcəyini, təklif və tövsiyələr verəcəklərini ifadə etdi.

 Amerika Birləşmiş Ştatları ilə İran arasındakı gərginlik və iki ölkə liderlərinin görüşmə ehtimalı barəsində fikir bildirən Quterreş dedi: " Bir daha təkrarlayırıq ki, Körfəzdə gərginliyi artıracaq hər hansı bir hərəkətə yol verilməməlidir. Dünya Körfəzdə yaranacaq böyük böhranın altından çıxa bilməz. Böhranın yaranmamasına yönəlmiş bütün səyləri məmnuniyyətlə qarşılayıram".

Antonio Quterreş Çində Uyğur Türklərinin hüquqularının pozulması barəsindəki iddialarla bağlı verilən sula cavabında:"Bütün ölkələri hər şəraitdə dini hörmət göstərməyə dəvət edirəm" dedi.

 BMT baş katibi Suriyanın İdlib bölgəsində Bəşər Əsəd rejimi və Rusiyanın xəstəxanalara olan hücumları ilə bağlı təhqiqatın başladılması tarixinin çox yaxın bir zamanda açıqlanacağını söylədi.

 

 



Әlaqәli Xәbәrlәr