Afrindә törәdilәn partlayış nәticәsindә 13 nәfәr xәsarәt alıb
Suriyanın şimalındakı Afrin qәsәbәsindә minalanmış avtomobil ilә terror aktı törәdilib.

Suriyanın şimalındakı Afrin qәsәbәsindә minalanmış avtomobil ilә terror aktı törәdilib. Terror aktı nәticәsindә ilkin mәlumatlara әsasәn 13 dinc sakin xәsarәt alıb. Mәlumata görә, partlayış Afrin qәsәbәsinin mәrkәzindә törәdilib.
Hadisәnin cümә namazında әvvәl baş verdiyi bildirilib.
Hadisә yerinә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının nümayәndәlәri cәlb olunub. Hadisә nәticәsindә xәsarәt alanlar әtrafdakı xәstәxanalara çatdırılıb. ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının nümayәndәlәri hadisәdәn sonra baş verәn yanğını da söndürüb. Partlayış nәticәsindә uşaqların da öldüyü bildirilir.
Partlayışın terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyi vurğulanır.
Qeyd edәk ki, Afrindә avqustun 8-dә minalanmış motosikletlә törәdilәn terror aktı nәticәsindә iki nәfәr hәlak olub, doqquz nәfәr dә xәsarәt alıb.