ABŞ prezidenti Con Boltonu istefaya göndərib

ABŞ prezidenti donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdi.(YENİLƏNİB)

1267107
ABŞ prezidenti Con Boltonu istefaya göndərib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdi.

Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verərək, "Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb. 

Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də bildirib. 

Qeyd edək ki, Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib. 

Digər tərəfindən ABŞ-ın dövlət katibi Mayk Pompeo və xazinə naziri Steven Mnucin Tramp ilə dünən vəzifədən çıxarılan milli təhlükəsizlik üzrə müşavir Bolton arasında ciddi nəzər ziddiyyəti olduğunu söylədi.

Pompeo və Mnucin Ağ Evdə Trampın imzaladığı və terrorla mübarizə sahəsində sanksiyaları artırdığı qərarnaməyə dair mətbuat konfransı təşkil etdi.  

Konfransın əsas göndəm maddəsi Boltonun vəzifədən ayrılması oldu.

Pompeo Trampın istədiyi şəxslə işləmə səlahiyyətinin olduğunu vurğulayaraq “Əlbəttə Boltonla nəzər ziddiyyəti yaşadığımız çox zaman oldu” dedi.

Pompeo Boltonun ayrılmasından sonra Trampın xarici siyasətinin dəyişməyəcəni də qeyd etdi.

Ağ Ev mətbuat konfransında Boltonun da iştirak edəcəyini açıqlamışdı, ancaq prezident Trampın onu istefaya göndərməsindən sonra Bolton Ağ Evdən ayrılıb.

 ABŞ prezidenti Donald Tramp  bugün səhər   verdiyi açıqlamada "Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə  bildirmişdi.



Әlaqәli Xәbәrlәr