ABŞ İran ilə şərtsiz görüşə hazır olduğunu bildirdi

ABŞ Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın heç bir şərt olmadan İran Prezidenti Ruhani ilə görüşməyə hazır olduğunu təkrarlayıb.

1267378
ABŞ İran ilə şərtsiz görüşə hazır olduğunu bildirdi

Pompeo və ABŞ Maliyyə Naziri Steven Mnuchin dünən Ağ Evdə Tramp-ın terrorizmə qarşı mübarizə üçün sanksiyaların artırılması barədə dünən imzaladığı fərmanla əlaqədar mətbuat konfransı keçirib. 

Pompeo, Tramp və Ruhaninin Sentiyabrın son həftəsində Nyu Yorkda keçiriləcək olan BMT Baş Assambleyası iclasları çərçivəsində görüşüb-görüşməyəcəklərinə dair özünə ünvanlanan suala : "Prezident Tramp, Ruhani ilə heç bir ön şərt olmadan görüşməyə hazırdır.

Mnuchin də öz növbəsində deyib: “Trampın İrana sanksiya tətbiqi öz töhfəsini verdi”. Prezident Ruhani ilə heç bir şərt olmadan görüşəcəyini açıqladı. Ancaq təzyiq kampaniyamız davam edəcək.

 



Әlaqәli Xәbәrlәr