Pakistan XİN rəhbəri: "Hindistan Cammu Kəşmiri planetin ən böyük həbsxanasına çevirdi"

Pakistan xarici işlər naziri Şah Mahmud Qüreyşi xüsusi statusu ləğv edilən və məhdudiyyətlər tətbiq edilən Cammu Kəşmirin Hindistan tərəfindən "planetin ən böyük həbsxanasına çevirildiyini" bildirdi.

1267000

 Nazir Qüreyşi bu fikri ötən gün Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində  başlayan BMT İnsan Haqları Şurasının 42-ci sessiyasında səsləndirdi.
 
 Bütün çıxışını Hindistanda xüsusi statusu ləğv edilən və son 36 gündə bir sıra məhdudiyyətlərə məruz qalan Cammu Kəşmirə həsr edən Qüreyşi bunları söylədi: "İşğal altındakı bu torpağın insanlarının  azadlıqları sistematik və ardıcıl şəkildə pozulur. Onillərlə  Hindistanın təzyiqi altında yaşayan 8 milyondan artıq kəşmirli son 6 həftədə Hindistan ordusunun qeyri-qanuni işğalı ilə qəfəsə salınıb. Son 6 həftə ərzində Hindistan işğal altındakı Cammu Kəşmiri bu planetdəki ən böyük həbsxanaya çevirdi". 
 
 Qüreyşi eyni dövrdə 6 mindən artıq siyasətçi, aktivist, tələbə və fərqli ixtisas sahibinin hüququnun pozularaq həbs olunduğu, bu adamların çoxunun "zorla" Hindistan həbsxanalarına köçürüldüyü barədə məlumat verdi.

Pakistanın xarici işlər naziri Cammu Kəşmirin xüsusi statusunun ləğvini "qeyri-qanuni",  Hindistanın bölgədəki varlığını isə "işğal" olaraq səciyyələndirdi.
 
 Xatırladaq ki, Hindistan ölkə konstitusiyasının yarım əsrdən uzun müddət ərzində Cammu Kəşmirə xüsusi status verən 370-ci maddəsini avqustun 5-də ləğv edib. 

Әlaqәli Xәbәrlәr