Husilәrә mәxsus silah-sursat anbarında partlayış, 7 nәfәr hәlak olub

Partlayış nәticәsindә әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.

1266352
Husilәrә mәxsus silah-sursat anbarında partlayış, 7 nәfәr hәlak olub

 

 

Yəmənin strateji әhәmiyyәtә malik olan Hudeydә şәhәrindә partlayış baş verib.

Mәlumata görә, partlayış Husilәrin silah-sursat anbarı olaraq istifadә etdiyi binada olub, nәticәdә 7 mülki vәtәndaş hәlak olub, 20 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Mәlumatda bildirilib ki, hadisә Hudeydә şәhәrinin әz-Zafaran bölgәsindә baş verib.

Partlayış nәticәsindә әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.

Qeyd edәk ki, Husilәr hadisә ilә bağlı açıqlama vermәyib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә Sәudiyyә Әrәbistanı ilә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr