Hollandiyada atışma zamanı azı üç nәfәr ölüb

Bu barədə Rotterdam polisi mәlumat verib

1266355
Hollandiyada atışma zamanı azı üç nәfәr ölüb

 

Hollandiyanın  Dordrext şəhərində baş vermiş silahlı insident zamanı azı üç  nəfər ölüb, daha bir nəfər yaralanıb.

Bu barədə Rotterdam polisi mәlumat verib. Mәlumata görә, hadisә Dordrext şәhәrinin Heymerstayn bölgәsindә  baş verib.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

NOS dövlәt telekanalının yaydığı xәbәrdә isә ailə münaqişəsi zəminində yaşayış evində atışmanın olduğu bildirilib. Atışmanın baş verdiyi evdә bir polis әmәkdaşının yaşadığı, hadisә yerinә çox sayda polis әmәkdaşının cәlb olunduğu qeyd olunub.



Әlaqәli Xәbәrlәr