Rusiya vә Ukrayna prezidentlәri arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin vә Ukrayna prezidenti Vladimir Zelenskiy arasında telefon danışığı olub.

Rusiya prezidenti Vladimir Putin vә Ukrayna prezidenti Vladimir Zelenskiy arasında telefon danışığı olub.
Kremlin mәtbuat xidmәtindәn verilәn mәlumata görә, liderlәr görüşdә әsirlәrin qarşılıqlı olaraq qaytarılmasının Rusiya vә Ukrayna arasındakı әlaqәlәrin normallaşması baxımından әhәmiyyәt kәsb etdiyini vurğulayıblar.
Ukraynanın şərqində yaşanan böhranın də müzakirə olunduğu görüşdə atəşkəsə riayət edilməsinin vә toqquşan tərəflərin silahlarını təmas xəttindən çıxarmasının әhәmiyyәti qeyd olunub.
Görüşdə ‘‘Normandiya kvarteti’’nә (Almaniya, Fransa, Rusiya, Ukrayna) üzv dövlәtlәrin liderlər sammitinin təşkil edilməsi ilә bağlı prosesin davam etdirilmәsinin vacibliyi dә vurğulanıb.
İki ölkə arasında əsirlərin 35-35 formatı ilə qarşılıqlı azad olunduğu bildirilib.
Әlaqәli Xәbәrlәr

Jen Psaki : “İranın cavabı bizi məyus etdi”
Jen Psaki İranın Avropa İttifaqının təklifini qəbul etməməsinə münasibət bildirib.