Almaniya hökumətinin sözçüsü:"Qaçqınlar mövzusundakı Aİ-Türkiyə razılaşması bir nailiyyətdir"

Almaniya hökumətinin sözçüsü Martina Fietz Avropa İttifaqı ilə Türkiyə arasında 18 Mart 2016-cı ildə qaçqınlar mövzusunda imzalanan razılaşmanın uğurlu olduğunu və bunun davam etdirilməsini gözlədiklərini bildirdi.

1265129

 Paytaxt Berlində Federal Mətbuat Mərkəzində keçirilən toplantıda çıxış edən Fietz bir jurnalistin: "Katerlərlə Yunan adalarına keçən insan sayının artmasını necə qiymətləndirirsiniz?" sualına verdiyi cavabda Türkiyədən Yunan adalarına keçən qaçqınların sayının Aİ-Türkiyə anlaşmasından əvvəl daha az olduğunu qeyd etdi.
 
 Fietz: "18 mart 2016-cı ildə əldə olunan Aİ-Türkiyə razılaşması bir nailiyyətdir və bunun davam etdiriləcəyini fərz edirik" dedi.
 
 Yunan adalarındakı vəziyyəti yaxından təqib etdiklərini bildirən sözçü prosesləri narahatlıqla izlədiklərini və lazım olanda kömək etmək üçün Yunanıstan hökuməti ilə də əlaqə saxladıqlarını ifadə etdi.
 
 Fietz Yunanıstan hökumətinin də Aİ-Türkiyə razılaşması çərçivəsində işləri davam etdirəcəyini bildirdiyini, Yunanıstan hökumətinin doğru addımlar atacağına inandıqlarını qeyd etdi.
 
Hökumət sözçüsü "Türkiyə hökuməti ilə də əlaqı saxlayırsınızmı?" sualına:"Əlbəttə ki, bəli" cavabını verdi.

Әlaqәli Xәbәrlәr