ABŞ kubalı miqrantların ailələrinə göndərdikləri pula limit qoydu

Amerika Birləşmiş Ştatları ölkədə yaşayan kubalıların ailələrinə göndərdikləri pulun məbləğinə məhdudiyyət qoydu.

1265126
ABŞ kubalı miqrantların ailələrinə göndərdikləri pula limit qoydu

 
 ABŞ Xəzinə Nazirliyi ölkədə yaşayan kubalı miqrantların ailələrinə göndərdiyi pulun 3 ayda min dollarlarla məhdudlaşdırıldığını açıqladı.
 
 Açıqlamada yeni qaydalar çərçivəsində Kubada ailəsi yaşamayanlara isə pul göndərməyə icazə verilməyəcəyi bildirilir.
 
 Yeni qaydalar iki ölkənin maliyyə qurumları arasındakı əməliyyatlara məhdudiyyətlər qoyur.
 
 Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama 2009-ci ildə Kuba ilə diplomatik münasibətləri düzəltmək üçün həyata keçirilən təşəbbüslər çərçivəsində kubalı miqrantların ailə üzvlərinə göndərdikləri pula qoyulan məhdudiyyətləri aradan qaldırmışdı.
 
ABŞ prezidenti Tramp sələfi Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırma cəhdlərinin yalnız qarşı tərəfin mənfəətinə olduğunu bildirərərk, normallaşma prosesini ləğv etmişdi.



Әlaqәli Xәbәrlәr