Yəməndə həbsxanada ölənlərin sayı

Husilər Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələrinin Yəmənin Zamar şəhərində həbsxana kimi istifadə etdiyi binaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 156-ya çatdığını bildirdi.

1264668

“El-Mesirə” telekanalının açıqlamasında Husilərə bağlı Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 1-də edilən hava hücumunda həlak olanların sayının 156-ya çtadığı, 50 nəfərin isə yaralandığı qeyd edildi.

Səhiyyə Nazirliyinin rəsmilərdən biri çərşənbə axşamı günü verdiyi açıqlamada sentyabrın 1-də edilən hava hücumundan sonra 123 nəfərin meytinin tapıldığını və axtarış-xilasetmə fəaliyyətlərinin davam etdiyini bildirmişdi.

Husilər sentyabrın 1-də saxlanılan şəxslərin tutulduğu həbsxana xüsusiyyətindəki binaya koalisiya qüvvələrinin hava hücumunda 50 nəfərin öldüyünü, 100 nəfərin yaralandığını açıqlamışdı.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) sosial şəbəkə hesabında 2 sentyabrda verilən açıqlamada isə Ərəb Koalisiyasının Zamar şəhərindəki hücumlarında 100-dən artıq insanın öldüyü bildirilmişdi.

Әlaqәli Xәbәrlәr