İran və Kuba xarici işlər nazirləri ABŞ sanksiyalarına reaksiya göstərdilər

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Kuba xarici işlər naziri Bruno Rodrigez Amerika Birləşmiş Ştatlarının sanksiyalarının mülki vətəndaşları hədəf aldığını bildirdilər.

1264769

 Kuba xarici işlər naziri Bruno Rodrigez "Twitter" hesabından ABŞ-ın İran neftini hədəf alan sanksiyalarına reaksiya göstərərək: "İranın dənizçilik təsisatlarını hədəf alan ABŞ sanksiyaları beynəlxalq hüququn başqa bir pozuntusudur. ABŞ-ın İran neftinin hərəkətlərinin qarşısını almaq üçün tətbiq etdiyi təzyiqlər qardaş İran və Suriya xalqlarına təsir edərək, kövrək bölgədəki sülhü təhdid edir" deyə bildirdi.

 İran xarici işlər naziri Cavad Zərif də "Twitter" hesabından kubalı həmkarının açıqlamasını sitat gətirərək: " Kubanı" salamlayır və onunla eyni cərgədə yer alırıq" deyə yazdı.
 
 Zərif ismarışında: "ABŞ-ın Kuba, Çin, Rusiya, Suriya və İran kimi ölkələrə qarşı iqtisadi terroru mülki vətəndaşları hədəf alır. ABŞ günahsız insanları qorxudaraq, qeyri-qanuni siyasi hədəflərinə çatmağa çalışır" ifadələrini işlətdi.
 
Әlaqәli Xәbәrlәr