BMT Baham adalarına 8 ton qida yardımı göndərəcək

Birləşmiş Millətlər Təşkilatı "Dorian" qasırğasına məruz qalan Baham adalarına 8 ton qida yardımı göndərəcək.

1264612
BMT Baham adalarına 8 ton qida yardımı göndərəcək

Birləşmiş Millətlər Təşkilatı "Dorian" qasırğasına məruz qalan Baham adalarına 8 ton qida yardımı göndərəcək.

 BMT baş katibinin sözçüsü Stefan Dujarric (Stephane Dujarric) gündəlik mətbuat brifinqində BMT-nin Baham adalarına 8 ton qida yardımı göndərəciyini söylədi.

 Dujarric Dünya Ərzaq Proqramının fövqaladə vəziyyətlərdə müdaxilə qrupları ilə əlaqə yaradılması üçün peyk avadanlıqlarının da göndəriləcəyini bildirdi.

 Xatırladaq ki, BMT baş katibinin humanitar işlər üzrə müavini  Mark Loukok (Mark Lowcock) qasırğadan sonra Baham adalarına səfər etmişdi. Loukok səfəri zamanı qasırğanın zərər vurduğu bu ölkədə 70 min insanın ərzaq və içməli suya ehtiyacı olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr