Məhəmməd Mursinin kiçik oğlu Abdullah vəfat edib

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah dünyasını dəyişib.

1263854
Məhəmməd Mursinin kiçik oğlu Abdullah vəfat edib

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah dünyasını dəyişib.

Onun da atası kimi infarktdan həyatını itirdiyi bildirilib.

"Anadolu" xəbər agentliyinə açıqlama verən Mursinin böyük oğlu Əhməd Mursi belə deyib.

24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.

 Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.

Xatırladaq ki, Məhəmməd Mursi keçən iyun ayında məhkəmə zalında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişmişdi.

Nəcla Mahmud ilə evli olan Mursinin Əhməd, Şeyma, Üsamə, Ömər və Abdullah adında 5 uşaq olub.



Әlaqәli Xәbәrlәr