"Walmart" silah satışını dayandırır

Amerika Birləşmiş Ştatlarındakı ən böyük pərakəndə mağazalar zənciri "Walmart" təcavüz aləti kimi istiffadə edilə biləcək silah-sursat satışlarını dayandıracağını açıqladı.

1263301
"Walmart" silah satışını dayandırır

Amerika Birləşmiş Ştatlarındakı ən böyük pərakəndə mağazalar zənciri "Walmart" təcavüz aləti kimi istiffadə edilə biləcək silah-sursat satışlarını dayandıracağını açıqladı.
 
 Müştərilərindən ölkə daxilindəki 4 min 700 mağaza içində açıq şəkildə silah daşımalarının tələb olunacağı ifadə edilən açıqlamada, Konqres də silahlarla bağlı təhlükəsizlik tədbirləri mövzusunda hərəkətə keçməyə dəvət olundu.
 
 Açıqlamada ölkə daxilindəki silah satışlarının 2 faizini, hərbi texnika satışlarının isə 20 faizini həyata keçirən "Walmart"ın ov məqsədi ilə istifadə ediləcək silahları satmağa davam edəcəyi bildirildi.
 
 "Walmart"ın silah satışı siyasətində bu dəyişiklikdən sonra bazar payının 20 faizdən  6-9 faizə düşməsinin gözlənildiyi bildirildi.
 
 "Walmart"ın baş direktoru Daq Makmillon (Doug Mcmillion) şirkətin bu qərarına keçən ay Texasda El Paso və Ohayoda Dayton şəhərlərində törədilən silahlı hücumların təsirinin olduğunu qeyd edərək: "Mövcud status-kvonun qəbul edilməz olduğu bizim üçün aydındır" ifadəsini işlətdi.
 
 Xatırladaq ki,  ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Cielo Vista" alış-veriş mərkəzindəki "Walmart" mağazasında avqustun 4-də təşkil edilən silahlı hücumda 22 nəfər həlak olmuş, 24 nəfər yaralanmışdı.
 
Bir neçə saatdan sonra isə Ohayo ştatının Dayton şəhərində bir barın yaxınlığında təşkil olunan silahlı hücumda da 9 nəfər öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr