Rusiya və Hindistan azad ticarət razılaşması ilə bağlı danışıqlara başlayacaqlar

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi ilə Hindistan arasında azad ticarət razılaşması ilə bağlı danışıqların ilk mərhələsinin yaxın zamanda başlayacağını açıqladı.

1263711
Rusiya və Hindistan azad ticarət razılaşması ilə bağlı danışıqlara başlayacaqlar

 Rusiya prezidenti Vladimir Putin Rusiyanın Vladivostok şəhərində Hindistanın baş naziri Narendra Modi ilə görüşdü.

Görüşdən sonra ölkə liderlərinin birgə mətbuat konfransı təşkil edildi.
 
Mətbuat konfransında çıxış edən Rusiya prezidenti ölkəsi ilə  Hindistan arasında hərbi-texniki sahədəki əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək: "Bu əməkdaşlığımız strateji tərəfdaşlığımızın mühüm əsasını təşkil edir. Hərbi-texiki sahədə  2011-2020-ci illəri əhatə edən əməkdaşlıq müqaviləsini 10 il də uzatmaq istiqamıətində işlərimiz davam edir" dedi. 
 
 Putin Hindistan ilə ticarətdə milli pul vahidlərindən istifadəni artırmaq istədiklərini qeyd etdi, Avrasiya İqtisadi Birliyi ilə Hindistan arasında azad ticarətə dair müzakirələrin davam etdiyini bildirdi.
 
Hindistan baş naziri Narendra Modi Rusiya ilə müdafiə sahəsi kimi strateji sahələrdə əməkdaşlığı inkişaf etdirdiklərini qeyd edərək: "Rusiya ilə ehtiyat hissələrin Hindistanda istehsal edilməsinə dair müqavilələr imzaladıq. Bu, bütün sənayemiz üçün bir təkan xarakteri daşıyacaq. Hindistanda Rusiyanın dəstəyi ilə inşa ediləcək nüvə stansiyalarında yerli istehsalı inkişaf etdirmək əlaqələrimizi daha da gücləndirəcək" dedi. 



Әlaqәli Xәbәrlәr