Madurodan orduya hərbi təlim əmri

Venesuela prezidenti Nikolas Maduro orduya Kolumbiya sərhədində hərbi təlim keçirməsi barədə təlimat verdi.

1263689
Madurodan orduya hərbi təlim əmri

Associated Press-in məlumatına görə, Prezident Maduro dünən televiziya kanallarından bir başa yayımlanan tədbirdə etdiyi çıxışında orduya müraciət edib. Kolumbiya Prezidenti İvan Duqenini hücum planlaşdırmaqda günahlandıran Maduro ordusuna 10 sentyabrdan tutmuş Kolumbiya sərhəddində hərbi əməliyyat keçirməsi və manevrin ən az iki həftə davam etməsi barədə təlimat verib.

Maduro: “Kolumbiya hökuməti sülh istəmir. Şiddət istəyir, müharibə istəyir." Venesuela Milli Məclis sədri Juan Guaidonun Kolumbiyadan ölkəyə daxil olan partizanların təqib edilməsi üçün peykdən əldə edilən məlumatların Kolumbiya rəhbərliyi ilə paylaşılacağını    açıqlamasından  sonra  Maduronun hərbi təlim keçirilməsinə dair qərar qəbul etdiyinə diqqət çəkilir.

Müxalifət lideri Guaido, qrupların silahlarının göstərildiyi videolar gördüklərini və Venesuelanın suverenliyi ilə bağlı ciddi problemlə qarşı-qarşıya gəldiklərini ifadə edərək Venesuela ordusundan terrorçuları təcili olaraq ölkə ərazisindən kənarlaşdırmasını tələb edib.

Maduronun sözçüsü isə Kolumbiya Prezidenti Duqeni Maduronu devirmək üçün silahlı qruplaşmaların Kolumbiyadakı düşərgələrdə təlim keçmələrinə icazə verməkdə ittiham etdi. Qarşılıqlı ittihamlar isə iki qonşu ölkə arasında gərginliyin tarıma çəkilməsinə gətirib çıxardı.



Әlaqәli Xәbәrlәr