İran saxladığı Böyük Britaniya tankerinin heyət üzvlərini sərbəst buraxdı

İran hərbçiləri tərəfindən ay yarım əvvəl saxlanılan Böyük Britaniyaya məxsus tankerin 7 heyət üzvü sərbəst buraxıldı.

1263710
İran saxladığı Böyük Britaniya tankerinin heyət üzvlərini sərbəst buraxdı

İran dövlət televiziyasına müsahibə verən Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi Böyük Britaniyaya məxsus tankerin heyət üzvündən bəzilərinin sərbəst buraxıldığını bildirib. Tanker heyət üzvləri ilə heç bir problemlərinin olmadığını ifadə edən Musəvi gəmi heyətinin 23 üzvünün olduğunu bildirib.

Qeyd edək ki Böyük Britaniyaya məxsus tanker Hörmüz Boğazında dəniz qaydalarına əməl etmədiyi üçün 19 İyulda İran İnqilab Keşikçiləri Ordusu tərəfindən saxlanıldı və Hindistan, Rusiya, Litva, Filippin vətəndaşı olan tankerin heyəti tutuldu.



Әlaqәli Xәbәrlәr