Donald Tramp: ‘‘Çinlә saziş daha sәrt olacaq’’

Ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam edir.

1263177
Donald Tramp: ‘‘Çinlә saziş daha sәrt olacaq’’

 

 

Ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam edir.

Bunu Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp şәxsi  “Twitter” səhifəsində yazıb. O vurğulayıb ki, Çinlə danışıqlar prosesində hər şey çox yaxşıdır.

Amerika Birlәşmiş Ştataları prezidenti  vurğulayıb ki, rәsmi  Pekin danışıqları onunla deyil, 2020-ci ildə keçiriləcək seçkilərdən sonrakı yeni hökumətlə aparmaq arzusundadır. O əlavə edib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə Çinlə saziş daha sərt olacaq.

Digər tərəfdən  Donald Tramp Londonun Bələdiyyə sədri Sadıq Xanın tәnqidlәrinә münasibәt bildirib.

Xanı "Londonun bacarıqsız bələdiyyə sədri" adlandıran Donald Tramp  digər siyasәtçilәrin saatlarla məşq etdiyini, həftələrlə səyahət etdiyini ifadə edib.

Xatırladaq ki, Sadıq Xan Donald Trampı ölkәsindә yaşanan tәbii fәlakәtә baxmayaraq qolf oynamaqla vaxt keçirdiyi üçün tәnqid etmişdi.  



Әlaqәli Xәbәrlәr