ABŞ İranın Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib

Bu barədə ABŞ Dövlәt Departamenti mәlumat yayıb.

1263165
ABŞ İranın Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın  Kosmik Agentliyinə və iki araşdırma institutuna qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlәt Departamenti mәlumat yayıb.

Mәlumata әsasәn,  sanksiyalar İran Kosmik Agentliyinə,  İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq olunacaq.

“ABŞ İrana kosmik buraxılış proqramını ballistik raket proqramlarını inkişaf etdirmək üçün vasitə kimi istifadə etməsinə icazə verməyəcək. Avqustun 29-da İranın kosmik buraxılış qurğusunu işə salması cəhdi təhlükənin aktuallığını bir daha göstərdi", - deyə ABŞ Dövlәt Departamentindәn verilәn mәlumatda qeyd olunub.

Mәlumatda hәmçinin vurğulanıb ki,  beynəlxalq elmi ictimaiyyət İranın kosmik proqramı ilə əməkdaşlıq edərkən Tehranın nüvə silahı sistemini inkişaf etdirməsinə töhfə verə biləcəyi təhlükəsini də nəzərə almalıdır.



Әlaqәli Xәbәrlәr