Burundidə virtual və kripto valyulatalar qadağan olundu

Burundi Mərkəzi Bankının sədri Jan Ciza bu barədə açıqlama verərək, virtual, və ya kripto pulların hər hansı bir ölkə tərəfindən buraxılmadığını bildirərək, bu növ valyutanın Burundi ərazisində qanuni sayılmadığını söylədi.

1262707
Burundidə  virtual və kripto valyulatalar qadağan olundu

Burundidə bütün virtual və kripto valyulatalar qadağan olundu.

 Burundi Mərkəzi Bankının sədri Jan Ciza bu barədə açıqlama verərək, virtual, və ya kripto pulların hər hansı bir ölkə tərəfindən buraxılmadığını və təminat altına alınmadığını bildirərək, bu səbəbdən bu növ valyutanın Burundi ərazisində qanuni sayılmadığını söylədi.

 Mərkəzi Bankın  valyuta ilə bağlı hər hansı bir rəsmi qurumu tərəfindən yoxlanılmayan  Bitcoin, Ether, Litecoin, Dogecion, Onecoin, BTC, Fahari Coin Cash, Ello Cash Coin və digər oxşar vasitələrlə investisiya və marketinq əməliyyatlarının aparıldığından xəbərdar olduğunu qeyd edən bank rəhbəri heç bir maliyyə qurumuna bu növ virtual valyutalarla ödəmə xidmətlərinin aparılması səlahiyyəti verilmədiyini qeyd etdi.

 Mərkəzi Bankın sözçüsü Bellarmin Bacinoni ölkədə ən azı 20 min insanın virtual valyuta ilə ticarət əməliyyatları apardığı barədə məlumat verdi.

 Burundidə 4 ildən uzun müddətdir davam edən iqtisadi böhranın səbəb olduğu yüksək işsizlik şəraitində bir çox insan virtual pul əməliyyatlartına üz tutur.

 



Әlaqәli Xәbәrlәr