ABŞ dövlət katibi Mayk Pompeo Brüsseldə görüşlər keçirir
ABŞ dövlət katibi Mayk Pompeo Belçikanın paytaxtı Brüsselə iki günlük səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdü.

ABŞ dövlət katibi Mayk Pompeo Belçikanın paytaxtı Brüsselə iki günlük səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdü.
NATO rəsmisinin sözlərinə görə, Stoltenberq və Pompeo məsuliyyətin bölüşülməsi və Əfqanistanda sülh təşəbbüslərini müzakirə etdilər.
Stoltenberq və Pompeonun da yaxın zamanda keçiriləcək görüşlər haqqında fikir mübadiləsi apardıqlarını ifadə edən NATO rəsmisi bu çərçivədə dekabr ayında NATO liderləri yığıncağının təşkil ediləcəyini söylədi.
Stoltenberq şəxsi “Twitter” səhifəsində isə, "Mövcud təhlükəsizlik problemləri ilə əlaqədar dövlət katibi Pompeo ilə səmərəli söhbət etdik. NATO Əfqanıstandakı sülh təşəbbüslərini qətiyyətli şəkildə dəstəkləyir. Bu yaxınlarda baş vermiş dəhşətli hücumları pisləyirəm. NATO əfqan qüvvələrini dəstəkləməkdə qərarlıdır" ifadəsini işlətdi.
ABŞ-ın dövlət katibi Pompeo səfər çərçivəsində Avropa İttifaqı (Aİ) qurumlarına yeni seçilmiş liderlərlə də görüş keçirir.
Noyabrın 1-də Aİ Komissiyasının sədri Jan-Klod Yunkerin yerinə təyin olunacaq Ursula von der Leyen və Avropa Parlamentinin sədri David Sassoli ilə görüşən Pompeonun Aİ Şurasının sədri seçilən Charles Michel və Aİ-nin Ali Nümayəndəsi seçilən Josep Borrell ilə görüşəcəyi gözlənilir.