Sergey Lavrov: "ABŞ dolları qlobal nüfuzunu itirir"

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının İranla ticarətin qarşısını alması və sanksiyaları səbəbindən ABŞ dollarının qlobal nüfuzunu itirməkdə olduğunu bildirdi.

1262414
Sergey Lavrov: "ABŞ dolları qlobal nüfuzunu itirir"

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MGİMO) çıxışında ABŞ-ın sanksiya siyasətini tənqid etdi.
 
 Mövcud müqavilələr əsasında İranın xarici dünya ilə ticarət etmək hüququnun olduğunu bildirən Lavrov: "Hər şeydən əvvəl, neftlərini sataraq gəlir əldə etməyə haqları var" deyə danışdı.
 
 ABŞ-ın İrandan neft alımının qarşısını aldığını xatırladan Lavrov:"Bu addım səbəbindən çox sayda ölkə və şirkət son dərəcə çətin vəziyyətə düşdü. ABŞ dolları ABŞ-ın İrana qarşı addımları ilə yanaşı başqa ölkələrə tətbiq etdiyi sanksiyalar səbəbindən qlobal nüfuzunu itirir" dedi.
 
Xatırladaq ki, Tramp rəhbərliyi 8 may 2018-ci ildə İranla 2015-ci ildə imzalanan nüvə müqaviləsindən Tehran rəhbərliyinin ballistik raket və regional fəaliyyətlərini də əhatə edən yeni bir müqvilə üçün çəkildiyini açıqlamışdı.
 
 Sonra Tehran rəhbərliyinin neft ixracını hədəf alan ABŞ-ın sanksiyaları səbəbindən Yaponiya, Cənubi Koreya və Avropa ölkələri İrandan neft ixracını tamamilə dayandırmışdı.
 
 



Әlaqәli Xәbәrlәr