"Dorian" qasırğası ən yüksək səviyyəyə çatdı
Amerika Birləşmiş Ştatlarının cənub-şərq sahillərinə yaxınlaşan Atlantik okeanda meydana çıxmış "Dorian" qasırğası beşinci - ən yüksək kateqoriya həddinə çatdı.

Amerika Birləşmiş Ştatlarının cənub-şərq sahillərinə yaxınlaşan Atlantik okeanda meydana çıxmış "Dorian" qasırğası beşinci - ən yüksək kateqoriya həddinə çatdı.
ABŞ Milli Qasırğa Mərkəzi qasırğanın Baham adalarında güclü külək və leysana, nəticədə daşqınlara səbəb ola biləcəyini bildirir.
Mərkəzin verdiyi məlumata görə, küləyin sürəti saatda 295 kilometr təşkil edir.
"Dorian" son onilliyin ən güclü qasırğası olaraq qeyd olundu.
Rəsmilər bu ana qədər hər hansı bir tələfatın olmadığını və bütün lazımi tədbirlərin görüldüyünü qeyd edirlər.
Milli Qasırğa Mərkəzi "Dorian"ın bu gün axşam saatlarında Florida sahillərinə çatacağı, lakin şimaldakı Corciya və Cənubi Karolina ştatlarına daha çox zərər verəcəyi, qasırğanın 5 gün də təsirini saxlayacağı və hazırda saatda 13 kilometr sürətlə ABŞ sahillərinə doğru hərəkətinə davam etdiyi barədə məlumat yaydı.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb
Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.