ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı

ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı 7-yə, yaralı sayı isə 22 nəfərə çatıb.

1261951
ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı

ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı 7-yə, yaralı sayı isə 22 nəfərə çatıb.

Texas ştatı rəsmiləri şənbə günü törədilən silahlı hücumdan sonra bazar günü verdikləri yeni açıqlama ilə hücumun nəticələrinin ağırlaşdığını qeyd etdilər.

Son açıqlamaya görə, avqustun 31-də Texas ştatının cənubunda Midlend və Odessa şəhərlərini birləşdirən yolda naməlum şəxsin “Home  Depot” mağazasına atəş açması nəticəsində aralarında bir çağanın da olduğu 7 nəfər həyatını itirdi, 22 nəfər isə yaralandı.

Daha sonra yaxınlıqdakı bir teatr binası ətrafında ələ keçirilən 30 yaşlarında ağdərili bir kişi olduğu bildirilən şəxsin polis tərəfindən öldürüldüyü bildirildi.

Digər tərəfdən mövzuyla əlaqəli Ağ Evdəki mətbuat konfransında ilk dəfə mövzunu dəyərləndirən ABŞ prezidenti Donald Tramp silahlı hücumun “silahlı şəxsin zehni sağlamlığı ilə əlaqədar olduğunu söyləyib.  

Konqresdəki Respublikaçı və Demokratlarla silahlı hücumların azaldıla bilməsi üçün atılması vacib olan addımları müzakirə etməyə davam edəcəyini qeyd edən Tramp, iki partiyanın da bu mövzuyla bağlı ciddi məsuliyətinin olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr