Dorian qasırğası istiqamətini dəyişdi və ştatın şimalına yönəldi

ABŞ Milli Qasırğa Mərkəzindən verilən məlumata görə...

1261597
Dorian qasırğası istiqamətini dəyişdi və ştatın şimalına yönəldi

  Amerika Birləşmiş Ştatlarının cənub-şərq sahillərinə yaxınlaşan və 4-cü kateqoriyalı Dorian qasırğası istiqamətini dəyişərək Florida yerinə ştatın şimalına yönəlib.

  ABŞ Milli Qasırğa Mərkəzindən verilən məlumata görə, şiddətinin dəniz üzərində zaman-zaman dəyişməsinə baxmayaraq, qasırğa öz gücünü qoruyur. Avqustun 31-inə qədər Dorianın Florida ştatını vuracağı bildirilsə də, son təxminlərdə qasırğanın istiqamətinin şimala çevrildiyi qeyd edilib. Qasırğanın Floridanın şimalında yerləşən Corciya (Georgia), Cənubi Karolina (Carolina) və Şimali Karolina ştatlarını vura biləcəyi söylənilir.

  Cənubi Karolina bələdiyyəsinin sədri Henri MakMaster (Henry McMaster) ştatda fövqəladə vəziyyət elan edib.

  Dorian qasırğasının Florida ştatının təxminən 600 kilometr şərqindən şimala doğru irəlilədiyi bildirilir. Mütəxəssislərin söylədiyinə görə, qasırğanın mərkəzindəki külək sürəti saatda 220-240 kilometrdir və o, quruya çatdıqdan sonra leysan və su basqınlarına yol açacaq. 

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da avqustun sonunda Polşaya edəcəyi səfəri təxirə salaraq qasırğayla əlaqədar prosesləri təqib etmək üçün paytaxt Vaşinqtonda qalmağa qərar verib.



Әlaqәli Xәbәrlәr