Federika Moqerini vә Subrahmanyam Jaishankar Cammu Kәşmirdәki son vәziyyәti müzakirә ediblәr

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Federika Moqerini  Hindistan xarici işlər naziri Subrahmanyam Jaishankarla Cammu Kəşmir problemini müzakirә edib.

1261476

Federika Moqerininin ofisindən verilәn  yazılı açıqlamaya görə, Avropa İttifaqının ali nümayәndәsi  Hindistanın XİN rәhbәri ilә  Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.

Tәrәflәr  Hindistan-Avropa  münasibətləri ilә  yanaşı, Cammu Kəşmir bölgəsindəki vəziyyəti də müzakirə ediblәr.

Moqerini  Cammu Kəşmirdaki böhranın  dialoq vә sülh yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb. O, bölgәdәki gərginliyin aradan qaldırılmasının vacibliyini dә qeyd edib.

Xatırladaq ki, avqustun 5-də Hindistan Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı Hindistan Konstitusiyasının 370-ci maddəsini ləğv etmişdi. Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı.

Qərarı qınadığını bildirən Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı  tәlәb edib.

Pakistan hәmçinin Hindistanla ticari əlaqələrini rəsmi olaraq dayandırıb.

Әlaqәli Xәbәrlәr