Rusiya XİN sözçüsü: "ABŞ-ın sanksiyaları bütün ölkələr üçün qeyri-qanuni təzyiq vasitəsidir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Amerika Birləşmiş Ştatlarının Rusyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların qeyri-qanuni olduğunu bildirdi.

1260347
Rusiya XİN sözçüsü: "ABŞ-ın sanksiyaları bütün ölkələr üçün qeyri-qanuni təzyiq vasitəsidir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  paytaxt Moskvada keçirdiyi mətbuat konfransında gündəmdəki məsələlər barəsində fikir bildirdi.

 Zaxarova ABŞ-ın xəfiyyə Sergey Skripal ilə qızı Yuliyanın ötən il Böyük Britaniyada kimyəvi  maddə ilə zəhərlənmələri səbəbindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiqinə münasibət  bildirərək dedi: "ABŞ-ın sanksiyaları yalnız Rusiya üçün deyil, bütün ölkələr üçün qeyri-qanuni təzyiq vasitəsidir. ABŞ Rusiyanın əleyhinə olan  sanksiyalarla iki ölkə arasındakı münasibətləri seçki yarışına qurban edir".

 Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstan probleminə də toxundu, Rusiyanın ABŞ və Taliban arasında imzalanması gözlənilən sülh müqaviləsinin yerinə yetirilməsi məsələsində zəmanətçi ölkə qismində çıxış edə biləcəyini söylədi.

Mariya  Zaxarova Hindistan ilə Pakistan arasındakı Kəşmir gərginliyinin azaldılması məsələsində atılacaq addımları məmnuniyyətlə qarşılayacaqlarını da sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr