İmran Xan vә Emmanuel Makron arasında telefon danışığı olub

Bu barәdә Pakistan Nazirlәr Kabinetindәn verilәn mәlumatda bildirilib.

1260310
İmran Xan vә Emmanuel Makron arasında telefon danışığı olub

 

 

Pakistan baş naziri  İmran Xan  Fransa prezidenti Emmanuel Makron və İordaniya Kralı 2-ci Abdulla ilə telefon әlaqәsi saxlayıb.

Bu barәdә Pakistan Nazirlәr Kabinetindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, telefon danışıqlarında Cammu Kәşmirdәki son vәziyyәt müzakirә olunub.

İmran Xan söhbәt zamanı  Hindistanın Cammu Kәşmirlә bağlı attığı addımı   ‘‘qeyri-qanuni’’ vә ‘’birtәrәfli’’ adlandırıb.

İmran Xan Fransa prezidenti ilә keçirdiyi telefon danışığında  Hindistanın Cammu Kәşmirdә komendant saatı elan etdiyini  vә bu sәbәbdәn  bölgәdә yaşayan xalqın ciddi  tәhlükәsizlik problemlәri ilә üz-üzә qaldığını vurğulayıb.

Emmanuel Makron isә öz növbәsindә problemin sülh yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayaraq Fransanın bölgәdәki proseslәri yaxından izlәdiyini bildirib.

Emmanuel Makron söhbәt zamanı hәmçinin Pakistanın Әfqanıstandakı sülh prosesindә oynadığı rola görә mәmnuniyyәtini ifadә edib. Liderlәr bölgәdә sülh vә sabitliyin tәmin olunması üçün әmәkdaşlığın davam etdirilmәsi mәsәlәsindә razılıq әldә ediblәr.

İordaniya Kralı II Abdullah isә problemlәrin sülh yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr