İran mənşəli millət vəkili üzvü olduğu partiyadan qovuldu

İsveçdə anti-İslamçılığı ilə tanınan İran mənşəli Sol Partiya millət vəkili Amineh Kakabaveh partiyasından qovuldu.

1260088
İran mənşəli millət vəkili üzvü olduğu partiyadan qovuldu

İsveç Sol Partiyanın Baş katibi Aron Etzler təşkil etdiyi mətbuat konfransında Kakabavehin İslam əleyhdarı açıqlamalarının partiyanın siyasətinə zərbə endirdiyinə diqqət çəkib və bu səbəbdən partiyadan qovulmasına dair qərara gəlindiyini bildirib. Etzler : “Kakabaveh İslamla əlaqəli olmayan bir çox şey səsləndirdi. İsveçin kənar səmtlərində xilafətin bərpa edildiyini irəli sürdü. İrqçilərin islam ilə əlaqəli məsnədsiz bir xəbərini belə sosial media hesabından bölüşdü. Məktəblərdə din simvollarının qadağan edilməsini tələb etdi. Bu bizim partiyamızın siyasəti ilə üst-üstə gəlmir və partiyamızın etibarına ağır zərbə endirir. Parlamentə terror təşkilatı PKK-nı terrorçu siyahısından çıxartmağı təklif etməsi də qəbul edilməzdir”-deyə Aron Etzler vurğulayıb.

Qeyd edək ki, Kakabaveh 2016-cı ildə sosial media hesabında İslam və Somalilər haqqında irqpərvə bir saxta məsnədsiz video yayımladı. Ancaq həmin Videonun 2014-cü ildə Norveçli irqçi bir qrupun video paylaşma saytından götürüldüyü aşkarlandı. Bu səbəbdən üzvü olduğu partiya tərəfindən xəbərdarlıq edildi.

 



Әlaqәli Xәbәrlәr