G7 ölkələrindən Amazon meşələrindəki yanğınları söndürmək üçün 20 milyon avro yardım

G7 ölkələri Amazon meşələrindəki yanğınları söndürmək üçün 20 milyon avro dəyərində yardım ayıracaq.

1258763
G7 ölkələrindən Amazon meşələrindəki yanğınları söndürmək üçün 20 milyon avro yardım

G7 ölkələri Amazon meşələrindəki yanğınları söndürmək üçün 20 milyon avro dəyərində yardım ayıracaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Çili Prezidenti Sebastian Pinera ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Makron Amazon meşələrindəki yanğınların təkcə yayıldığı ölkələr üçün deyil, başqa ölkələr üçün də təhlükə yaratdığını, ayrıca bütün insanlıq üçün faciə olduğunu bildirib.

Makron deyib ki, Fransa yanğınların söndürülməsi üçün əlavə hərbi qüvvələr də göndərəcək.

G7 ölkələrinin hamısının Amazon meşələrindəkı meşə yanğınlarının söndürülməsinə kömək etmək barədə razılığa gəldiklərini bildirən Makron ABŞ Prezidenti Donald Tramp ilə də bu mövzunu müzakirə etdiklərini deyib. O, Afrikadakı meşə yanğınlarının söndürülməsinə də dəstək ola biləcəklərini və bunu Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd ilə müzakirə edəcəklərini bildirib.

İqlim mövzusunda səhər radələrində keçirilən iclasa Trampın qatılmadığını, ancaq ABŞ heyətinin iştirak etdiyini bildirən Makron Trampın həmin saatlarda Almaniya kansleri Angela Merkel ilə görüş keçirdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr