"Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu", D.Tramp

Fransa mətbuatında yazılan xəbərlərə görə...

1257888
"Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ölkənin cənub-qərbində G 7 Zirvə Toplantısının təşkil edildiyi Biarritz şəhərində bir araya gəldi.

  ABŞ və Fransa tərəfindən görüşlə bağlı rəsmi şərh edilməyib. Amma Fransa mətbuatında yazılan xəbərlərə görə isə Makron və Tramp görüşdə Suriya, İran və Ukrayna məsələlərini müzakirə ediblər. Görüşlə bağlı E.Makron: "Bəzi problemlərin sakitləşməsini gözləyirik, sonra iqtisadi mövzuları da danışacağıq", - deyib. Tramp da öz növbəsində Makron ilə yaxşı anlaşdığını bu sözlərlə ifadə edib: "Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc idi."

  Qeyd edək ki, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada dövlət başçılarının bir araya gəldiyi 45-ci G 7 Zirvə Toplantısı 2 sentyarda başa çatacaq. Görüşlərin əsas mövzuları Ukrayna, Suriya, İran və “Brexit” problemləridir.



Әlaqәli Xәbәrlәr